Son zamanlar koronavirus ilə ciddi mübarizə aparan ölkələrdən biri Hindistandır. Ölkədə xəstə sayı keçən həftə rekord səviyyəyə çataraq 400 mini keçib. Lakin Hindistanda COVİD-19 heyvanlardan da yan keçməyib.
"Sherg" türk mediasına istinadən xəbər verir ki, Hindistanın Heydərabad şəhərindəki bir zooparkda səkkiz Asiya aslanı koronavirusa yoluxub.
Məlumata görə, aslanlar virus ilə mübarizədə çox çətinlik çəkirlər. Virusun insanlardan keçib-keçmədiyini öyrənmək üçün ətraflı araşdırmaların aparılacağı deyilir.