ÜST rəsmisindən bədbin açıqlama:““Delta” ştammı dominant ola bilər”

Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) baş elmi işçisi Sumiya Svaminathan koronavirusun “Delta” ştammının dominant ola biləcəyini söylədi. Bu barədə “Sherg.az” “RİA Novosti”yə istinadən xəbər verir. Onun sözlərinə görə, yeni mutant versiya artıq 85-dən çox ölkədə mövcuddur. Alimin sözlərinə görə, bu ştammın yoluxduruculuq qabiliyyəti daha çoxdur.
 ÜST rəsmisi, həmçinin deyib ki, dünyadakı peyvəndlərin əksəriyyəti effektivdir. “Vaksinasiyaya rəğmən, insanlar maska taxmalı və sosial məsafəni qorumalıdırlar” deyə- Sumiya Svaminathan əlavə edib.