Alman alimlər əmin edir

Peyvənd xəstəliyin qarşısını almasa da, onun ölüm riskini xeyli azaldır


Almaniya alimləri peyvənd narahatlığı yaşayanların bu sualına cavab tapıb.
“Şərq” “Milliyet.com”a istinadən xəbər verir ki, bəzi insanların tam peyvənd olunmalarına baxmayaraq  "COVİD-19"-a yoluxmasının səbəbləri Almaniya tibb mütəxəssisləri arasında müzakirə edilir. Alman alimlər bildirir ki, peyvənd olunduqdan sonra yoluxmanın baş verməsinin bəzi insanlarda peyvəndə inamsızlıq yaradacağı gözlənilən idi. Lakin insanlardakı bu inamsızlıq peyvəndin qoruyucu xüsusiyyətinin az olması anlamına gəlmir.

Peyvənd xəstəliyin qarşısını almasa da, onun ölüm riskini xeyli azaldır. Peyvənd olunmuş insanlar  yoluxsalar da, xəstəliyi daha yüngül keçirir, məhz peyvənd sayəsində  ağırlaşma halları olmur, xəstəlik orqanizmdə qalıcı təsir buraxmır, orqanların zədələnməsinin qarşısı alınır, ölüm riski sıfırlanır. Alimlər müəyyən edib ki, ağır vəziyyətdə xəstəxanaya yerləşdirilən korona xəstələrinin böyük qismi peyvənd olunmayanlardır. Almaniyanın Dortmund Universitetindən immunoloq Carsten Watzl qeyd edir ki, peyvənd olunanların sayı artdıqca yoluxma sayı da artır.

Bu isə yoluxucu xəstəliklərdə gözlənilən vəziyyətdir. Almaniyada peyvəndləmə kampaniyasının başladığı ötən ilin dekabr ayından bu ilin avqust ayının ortalarınadək peyvənd olunmuş insanlardan 13 min 360 nəfərdə simptomatik COVİD-19 təsbit edilib. Xəstəliyi simptomatik keçirənlər bu səbəbdən analiz vermirlər. Və onların xəstəliyi hansı dərəcədə keçirdikləri bəlli olmur.

İmmunoloq bu fikirdədir ki, peyvənd olunanlar da, xəstəliyin yüngül əlamətlərini hiss edənlər də mütləq analiz verməli, COVİD-19-la bağlı test cavablarına sahib olmalıdırlar. Peyvənd olunanların 80-90 faizi xəstəliyi ağır keçirməkdən sığortalanmış haldadır. Lakin peyvəndləmədə yaş kateqoriyası, hansı dozada peyvəndolunma da önəmlidir. Alim bildirir ki, BioNTech/Pfizer və AstraZeneka peyvəndlərində ikinci dozadan 6 ay sonra peyvəndin təsiri azalmağa başlayır.  Buna görə də, ikinci dozadan müəyyən vaxt keçdikdən sonra (həkimlə məsləhətləşmə aparılmalıdır) davamlı qorumanı təmin etmək məqsədilə xatırlatma dozası vurdurmaq məsləhətdir.