Səyyad Əlizadədən XƏBƏR VAR:"Vəziyyəti ağır olaraq qalır" 

Müğənni Səyyad Əlizadə koronavirusla mübarizəsini davam etdirir.
Sənətçinin son sağlıq durumu haqda “Sherg.az”a məlumat verən kürəkəni Razim Qarayev S.Əlizadənin vəziyyətinin stabil ağır olaraq qaldığını söyləyib:
“Süni tənəffüs aparatına qoşuludur. Bir yenilik yoxdur. Dünən sadəcə qızdırması aşağı düşdü. Başqa dəyişiklik müşahidə olunmur”.

Samirə