Gürcüstanda mövsümi qripə qarşı vaksinasiya başlayacaq

Gürcüstanda gələn həftə vətəndaşların mövsümi qripə qarşı vaksinasiyasına başlanılacaq.
Bu barədə ölkənin Milli Xəstəliklərə Nəzarət və İctimai Sağlamlıq Mərkəzinin rəhbəri Amiran Qamkrelidze bildirib.
Adətən Gürcüstanda qrip virusu noyabr ayında görünür və dekabr-yanvar aylarında pik həddə çatır. Qrip peyvəndi Gürcüstan əhalisi arasında 2014-2015-ci illərdə populyarlaşmağa başlayıb.
Qamkrelidze qeyd edib ki, qripə qarşı vaksinasiya koronavirusa qarşı peyvəndləmə ilə paralel aparılacaq.
İlk mərhələdə tibb işçiləri və hamilə qadınlara peyvənd vurulacaq.
Mənbə: “Sputnik Gürcüstan”