Dünya toyuq ətini nədən belə çox sevir?

2020-ci ildə dünyada 325 milyon ton toyuq əti istehsal edilib. İstehsalın 40,6 faizini– 132 milyon tonunu məhz toyuq qanadı təşkil edib  ki, bunun da dünyada ən çox istehlak edilən qida növü olması müəyyənləşib
Bu məlumatlar İqtisadi İnkişaf və İş Birliyi Təşkilatı və Qida və Tarım Təşkilatı 2020-ci il hazırladığı hesabatdandır. “Şərq” Türkiyə mediasına istinadən xəbər verir ki, hesabata görə, qarşıdakı illərdə də toyuq əti ən çox istehlak edilən qidalar sırasında olacaq. Bəs dünya əhalisini toyuq ətinə “bağlayan” nədir? Niyə bu qədər sevilir və yeyilir toyuq əti? Mütəxəssislər bu fikirdədir ki, orqanizmin toyuq ətinin sevməsinin bir neçə səsəbi var. Amma bunu da xatırladırlar ki, söhbət keyfiyyətli toyuq ətindən, tərkibində kimyəvi inqridiyentlər olmayan, təbii şəraitdə və təmiz qidalarla qidalandırılan toyuqlardan gedir. 
  
Toyuq əti böyük miqdarda protein qaynağıdır. Hər yaş təbəqəsi üçün gündəlik yeməklərdə istifadə oluna bilər. Toyuq ətindəki protein tez həzm olunandır. Əzələ inkişafına xidmət edir, sümükləri bərkidir. Bu mənada uşaqlar üçün faydalıdır. İdmançılar üçün də vazkeçilməz sayılır. 

Toyuğun dərisiz və yağsız döş əti yüksək proteinə malik olsa da, yağ tutumu çox aşağıdır.  Bu səbəbdən də artıq çəkidən xilas olmaq istəyənlər üçün faydalı qidadır. Döş əti əzələ yumşalmasının qarşısını alır, qanda şəkəri nəzarətdə saxlayır. Hamilə və körpə əmizdirən analar üçün dietik qida sayılır, xəstəxana mətbəxlərinin “olmazsa-olmaz”ıdır. Mütəxəssislər araşdırıb ki, insan beyni toyuq ətinə  müsbət reaksiya verir. Çünki toyuq əti beyinə gərək olan B12 vitamininə malikdir. 

Toyuq ətində “Triptofan” adı verilmiş amino-asid faizi yüksəkdir. Bunun sayəsində beyində serotonin maddəsinin artmasına kömək edir, nəticədə insan özünü yaxşı hiss edir, ruh yüksəkliyinə malik olur. 7-dən 70-ə əksəriyyətin sevdiyi toyuq ətinin istehsalında texnologiyalar sayəsində daha az enerji, daha az su, daha az yemdən istifadə olunur. Bu mənada toyuq əti istehsal etmək də sərfəlidir. Qənaətli və asan əldə edilən qida növüdür. Bişirmək də asandır. Toyuq ətindən müxtəlif yeməklər, salatlar hazırlana bilir. 

Həm də qısa zaman ərzində. Buna görə evdar xanımların da sevimlisidir. Toyuq ətinin tərkibində potasium, kolin, maqnezium, kalsium, dəmir kimi minerallarla yanaşı A.D, E vitaminləri də var.