Türkəçarə dərd də gətirir

“Bir dəfə yandım, bir daha yanmayacağam”

Diz qapağı ağrıyan 55 yaşlı Nalan Karakaya bir qohumunun məsləhətiylə söyüd ağacı qabığının külünü dizinə sürtərək üzərini sarıyıb. Yarım saat sonra dizində istilik və ağrı hiss edib. Sarğını açdıqda diz dərisinin yandığını görüb. Həkimə gedəndə məlum olub ki, dəridə üçüncü dərəcəli yanıq əmələ gəlib.

“Şərq” “Milliyyet.com”a istinadən xəbər verir ki, Nalan Karakaya “dizimdə kirəclənmə vardı. Oynaqlararası maye tükənmişdi. Bir qohumum “biz istifadə etdik, köməyi oldu” deyib, toz halına gətirdiyi  söyüd ağacı qabığının külünü mənə verdi ki, sən də istifadə et. 

Mən də dizimə sürtdüm, üstündən də sarıdım. Amma kəskin ağrı, yanıq təsiri duydum” deyərək əlavə edib “bir dəfə yandım, bir daha yanmayacağam”. Nalan Karakaya əvvəlcə Ağrıdakı xəstəxanaya, sonra isə  Ərzurum Şəhər Xəstəxanasının Yanıq Müalicəsi Mərkəzinə gətirilib, dəridəki yanıq müalicə edilib. Xəstəxana həkimi isə “alternativ müalicə üsulları təhlükəli ola bilər. Lütfən, istifadə etmədən həkimlə məsləhətləşin” çağırışı edib. 

Məlahət