Dünyada ilk! - Yüz minlərlə insanın həyatı xilas edilə bilər



ABŞ -da cərrahlar ilk dəfə donuzdan böyrəyi immunitet zəifləmədən insana köçürməyi bacarıblar.
Nyu -Yorkdakı "NYU Langone" sağlamlıq, təhsil və araşdırma mərkəzində edilən əməliyyatda böyrəyin genetik olaraq dəyişdirilmiş bir donuzdan alındığı bildirilib.

"Sherg.az" xarici mediaya istinadən xəbər verir ki, donuz hüceyrələrində olan glikan molekulu orqanizmin insan immun sistemi tərəfindən rədd edilməsinə səbəb olur.  Bu molekulu geni dəyişdirilmiş donuzun toxumalarından çıxarmaqla bədənin orqanı rədd etməsinin qarşısı alınıb.Böyrək ,funksiyası pozulmuş və beyin ölümü olan bir xəstəyə transplantasiya edilib.Transplantasiya əməliyyatı üçün xəstənin ailəsindən icazə alınıb.Transplantasiyadan sonra damarlara bağlanan böyrək, tədqiqatçıların müşahidə etməsi üçün üç gün bədənin xaricində saxlanılıb.  Funksiyalarının normal olduğu müşahidə edilərkən, böyrək çatışmazlığı olan  xəstənin  normallaşdığı bildirilib. Bu əhəmiyyətli inkişafın, donorların kifayət qədər olmadığı orqan transplantasiyasında heyvan orqanlarının istifadəsinə yol açacağı gözlənilir.