“Omicron” çözüldü


Alimlər dəqiq məlumat verdi, fəlakətə yol açmayacaq
 
 “New York Times” qəzetinin xəbərinə görə, Afrika və Avropada alimlərdən ibarət 3 fərqli qrup “Omicron” variantı ilə bağlı ilk məlumatları açıqlayıb. “Şərq” “Milliyet.com”a istinadən bildirir ki, koronavirusun hazırkı variantı ilə bağlı Güney Afrika, İngiltərə və İsveçdə fərqli qruplar halında tədqiqat aparan alimlərin gəldiyi nəticə ümidvericidir. Tədqiqatlar nəticəsində məlum olub ki, “Omicron”un yoluxduruculuğu  sürətli olsa da, böyük fəlakətə yol açmayacaq. 

Araşdırmalar  Güney Afrika, İngiltərə və İsveçdə “Omicron” variantına yoluxmuş insanlarla bağlı aparılıb. Məlum olub ki, yoluxma sayı artsa da, “Omicron” əvvəlki ştamlarla müqayisədə daha az öldürücüdür. “Omicron”a yoluxmuş insanların xəstəxanaya yatırılma faizi də böyük deyil. Bu ştamma yoluxanlar arasında ağır halda xəstəxanaya gətirilənlər azdır. Atlanta Emori Universitetinin biostatisti Natali Din “bu variantın hər yerə ulaşa bildiyi və çox yoluxucu olduğu diqqətə alınarsa və qabaqlayıcı tədbirlər görülərsə, pandemiya zəifləyəcək və hər şey daha gözəl olacaq” deyib. 

Yeni araşdırmaya görə,  “Omicron” variantını “Delta”ya nisbətən daha az təhlükəli edən onun bioloji özəlliklərə malik olmasıdır. Adları çəkilən ölkələrdə “Omicron”dan ağırlaşma hallarının az olmasının bir səbəbi həm də peyvəndləmədə yüksək faiz göstəriciləri hesab edilir. Peyvənd olunanların çoxu ciddi xəstəliklərə qarşı qorumaya sahibdir. Yeni araşdırma  ümidverici olsa da, alimlər tədbirləri əldən verməməyə çağırır, çünki “Omicron” əvvəlki variantlara nisbətən daha asan və sürətlə yayılır. Los-Anceles California Universitetinin biostatistik mütəxəssisi Kristina Ramirez də “təşviş yaratmaq istəmirəm, amma tədbirləri əldən verməməliyik”, söyləyib.