“Meymun çiçəyi”yə yoluxma olarsa, nə etməli? - İZAH 

Sloveniyada da “meymun çiçəyi” virusuna yoluxma faktı qeydə alınıb. Sloveniya Yoluxucu Xəstəliklər Mərkəzindən verilən açıqlamada virusun Kanarya adalarından gəlmiş bir nəfərdə təsbit edildiyi bildirilib. “Şərq” “ahaber.com”a istinadən bildirir ki, bu, Sloveniyada ilk “meymun çiçəyi” virusuna yoluxma faktıdır. Mərkəzin müdiri Mario Fafangel qeyd edib ki, bütün beynəlxalq təşkilatlara bu barədə məlumat verilib. Hazırda həmin xəstənin kimlərlə təmasda olması müəyyənləşdirilir. 
Bu xəstəlik zamanı karantin altına alınmaya ehtiyac yoxdur, “meymun çiçəyi” cinsi yolla ötürülən virus da deyil. Yoluxma yaxın təmas vasitəsilə baş verir. Fafangel bildirib ki, “meymun çiçəyi” COVİD-19-a nisbətən daha asan müalicə olunur. Klinik müddəti 5-21 gün arasıdır. Virus toplum üçün böyük təhlükə daşımır. Virus DNA tipli olduğu üçün mutasiyaya uğraması mümkün deyil. 

Bu səbəbdən də onun böyük təhlükə daşıyacağı söylənə bilməz. İndiyədək “meymun çiçəyi” virusuna yoluxma halı 17 ölkədə qeydə alınıb. Virusa yoluxma varsa ilk 21 günə xüsusi diqqət edilməlidir. Yoluxma faktı aşkarlandıqda 4 gün içində peyvənd vurularsa, xəstəliyə qalib gəlmək mümkündür. “Çiçək xəstəliyi”nə qarşı vurulan peyvəndlər də “meymun çiçəyi”nə qarşı qoruyucudur. 

“Meymun çiçəyi”nin pandemiya halını ala biləcəyini ehtimal etmir, lakin mütəxəssislər yenə də qabaqlayıcı tədbir görülməsini vacib sayır.