Azərbaycanda son sutkada 357 nəfər koronavirusa yoluxub, 3 nəfər ölüb

Azərbaycanda koronavirusa 357 yeni yoluxma qeydə alınıb, 298 nəfər müalicə olunaraq sağalıb.
Bu barədə “Sherg.az”a Nazirlər Kabineti yanında Operativ Qərargahdan bildirilib.
Məlumata görə, sutka ərzində koronavirusdan 3 nəfər vəfat edib.
Ölkədə indiyədək 797 638 nəfər koronavirusa yoluxub. Onlardan 785 735 nəfər müalicə olunaraq sağalıb, 9 744 nəfər vəfat edib, aktiv xəstə sayı 2 159 nəfərdir.
Ölkədə son sutka ərzində 3 219, hazırkı dövrədək isə 7 036 499 test aparılıb.