Azərbaycanda koronavirusa yoluxmada KƏSKİN ARTIM: 500 dən çox yoluxan, 4 ölən

Azərbaycanda koronavirusa 531 yeni yoluxma qeydə alınıb, 294 nəfər müalicə olunaraq sağalıb.
Bu barədə “Sherg.az”a Nazirlər Kabineti yanında Operativ Qərargahdan bildirilib.
Məlumata görə, sutka ərzində koronavirusdan 4 nəfər ölüb.
Ölkədə indiyədək 799 471 nəfər koronavirusa yoluxub. Onlardan 787 080 nəfər müalicə olunaraq sağalıb, 9 752 nəfər vəfat edib, aktiv xəstə sayı 2 639 nəfərdir.
Ölkədə son sutka ərzində 3 950, hazırkı dövrədək isə 7 051 505 test aparılıb.