Qaraciyər sirrozundan əziyyət çəkən azərbaycanlı aktyor əməliyyat olundu - VİDEO

Qaraciyər sirrozundan əziyyət çəkən aktyor Elvin Ağayevin bu gün Bakıda əməliyyatı baş tutub.
Oxu.Az-ın məlumatına görə, bu barədə Elvinin həyat yoldaşı Elvina məlumat verib.
O, aktyorun və ona donor olan bacısı Gülnaz xanımın əməliyyatdan çıxdığını bildirib.