Latınca adı "Toxoplasma gondii" olan tək hüceyrəli bir parazitin insanların siyasi seçimlərinin formalaşmasında rol oynadığı ortaya çıxıb. Vaksinsiz pişiklərin qumundan insanlara keçdiyi üçün, "pişik paraziti" adlandırılan bu orqanizm dünya əhalisinin üçdə birinə keçib.
Elmi jurnal olan "Evolutionary Psychology" də yayımlanan araşdırmada, parazitin fərdlərin siyasi fikirlərində və mənimsədiyi dəyərlərdə dəyişikliklərə yol aça biləcəyi ifadə edilib.
Məqalədə "Toxoplasma gondii'yə yoluxan insanlar xüsusi bir simptom göstərmir" fikri yer alıb:
"Ancaq bu şəxslərdə bir çox xəstəlik və pozuntularla bərabər davranış və şəxsiyyət fərqliliklərinə daha çox rast gəlinir".
Bu parazit sağlam adamlarda müəyyən bir simptoma səbəb olmasa da, hamilə və ya immunitet sistemi zəif insanlar üçün təhlükə yarada bilir.