Pediatr imtahan öncəsi uşaqlara nə yedirmək lazım olduğunu açıqladı



İmtahanlara hazırlıq dövründə uşaqlar beynin effektiv işləməsi üçün bir neçə şərtə riayət etməlidirlər. Əlbəttə ki, kifayət qədər su içməli, yuxu rejiminə riayət etməli, idman etməli və düzgün qidalanmaq lazımdır. Məhsullarda xüsusilə maqnezium, sink və dəmir olmalıdır.

Bu sözləri pediatr, dietoloq Quzaliya Şakurova deyib.

Həkim "Gazeta.ru"-ya verdiyi müsahibədə bildirib ki, menyudakı şokolad-fındıq pastası, ballı qoz-fındıq və quru meyvələr kimi yeməklər beyin, yaddaşı möhkəmləndirən vitamin mənbəyinə çevrilə bilər. Şakurovanın sözlərinə görə, bu məhsullarda yağ turşuları, sink, maqnezium, dəmir və B vitaminləri var. Sonuncular adaptogenlərlə birlikdə zehni fəaliyyəti stimullaşdırır, əhval-ruhiyyəni, konsentrasiyanı və idrak funksiyalarını yaxşılaşdırır. Bundan əlavə, bu dövrdə uşaqlar çox güc və enerjiyə ehtiyac duyurlar, lipoik turşusu və nutrikoenzim Q10 buna kömək edəcək.

"Maqnezium emosional stress, depressiya, nevroz zamanı sinir sistemini sakitləşdirməyə kömək edir. Dəmir düşüncə proseslərini yaxşılaşdırır, hemoqlobində orqan və toxumalara oksigeni çatdırır. Sink isə yadda saxlama proseslərini asanlaşdırır, öyrənmə səmərəliliyini artırır", - həkim bildirib. (publika.az)