Alimdən ŞOK iddia:“Vaksinlər “turbo xərçəngə” səbəb olur”

Pandemiya zamanı  insanlara şiddətlə peyvənd olunmağı tövsiyyə edən həkimlərin 3 ildən sonra vaksinlərlə bağlı neqativ iddiaları cəmiyyətdə ciddi narahatlıq doğurub. Xüsusən də ölkəmizdə son aylar qəfil ölümlərin və ürək tutmalarının gəncləşməsi fonunda vaksinlə bağlı deyilənlər əhalidə ciddi təşviş yaradıb. 
Belə ki, Covid-19 pandemiyasında tətbiq olunan peyvəndin qan laxtalanması və ürəktutmalarına səbəb olması ilə  bağlı iddialar artıb. Türkiyəli professor  Ender Saraç isə  bu dəfə alman vaksinlərinin “turbo xərçəngə” səbəb olduğunu  iddia edib.

Türkiyə TVlərində yayımlanan sabah proqramlarının birində bu mövzuya toxunan Ender Saraç müayinə etdiyi xəstələrdə müşahidə etdiyi nüansları tamaşaçılarla bölüşüb.  Bu yaxınlarda Azərbaycanda olduğunu qeyd edən professor gənc kişilərdə qan laxtalanması, infarkt, ürək aritimiyasının artmasının ciddi narahatlıq doğurduğunu deyib. Hətta  Covid-19 dövründə tətbiq edilən “mRNA” peyvəndlərinin 'turbo xərçəng' kimi ciddi bir xəstəliyə də səbəb olduğunu qeyd edib: “Son 1 ildə xüsusilə yeni nəsil peyvəndlərdən sonra infarkt və laxtalanma hallarında artım müşahidə olunur. 

“Qeyd etdiyimin “turbo xərçəngi” isə  qəfildən meydana çıxan və son mərhələdə aşkarlandığı üçün qısa müddətdə ölümlə nəticələnən xəstəlikdir. Bu çox ciddi bir şeydir. Müayinə etdiyim xəstələrdən ilk alman peyvəndi olub- olmadıqlarını soruşuram”. Əksəriyyət “bəli” deyir. Eyni şikayətlərlə bağlı bu qədər insanın müraciət etməsi təsadüfi deyil”. 

Qan laxtalanmasının artmasını biz qan analizlərində və hacamat edən zaman görürük. Qan qaralır və qatılaşır. Bu cür xəstələrə dərhal omega3 balıq yağı və kiçik bir dozada gündəlik 81-lik aspirin qəbul etməyi tövsiyyə edirik. Qanı durulaşdırmaq, yəni emboliya və infarkt riskini azaltmaq üçün hacamat da həqiqətən çox işə yarayır.  Mikrohissəcikləri təmizləmək üçün eyni zamanda bol su içmək, zəncəfil, zərdəçal kimi ədviyyatlardan istifadə etmək lazımdır. Lakin mütləq  şəkildə Omega3 balıq yağı və bol-bol  sarımsaq istehlak edilməlidir”.