Ürək-damar xəstəliklərindən necə qorunmaq olar?

İlk addım ideal kiloya sahib olmaqdır

  “Ürək-damar xəstəliklərindən qorunmanın başında və ya müalicəsində tətbiq olunacaq ilk addım ideal kiloya sahib olmaqdır. Bunun üçün ilk olaraq həyat tərzini dəyişməklə bərabər, sağlam qidalanmaq lazımdır”. 

Bu sözləri “Sherg.az”a açıqlamasında ürək- damar cərrahı Ramil Əliyev deyib.  ⠀


Onun sözlərinə görə, gün ərzində 3-4 dəfə qidalanmaq və qan şəkərində ani yüksəlmə yaradacaq qidalardan, konfet, şəkər, çörəkdən uzaq durmaq lazımdır: “Quyruq yağı, toyuğun dərisi, ətin yağlı hissəsi istifadə olunmamalıdır. Spirtli içki istifadəsini ən aza endirmək lazımdır. Duz miqdarına diqqət edin, gündəlik ehtiyacınız olan duz miqdarının 5 qram bu da çörək ya da yeməklərdəki tomat vasitəsilə qarşılanır. Hüceyrələrin gündəlik su ehtiyacını qarşılamaq üçün gündə 2-2.5 litr su içilməlidir. Yuxu rejminə diqqət edilməlidir. Yuxu saatları 6 saatdan az, 8 saatdan çox olmamalıdır”.