Yanıq dərəcələri necə müəyyənləşir?  - Həkimlər deyir ki...

Yanma dərəcələri yanğın və ya su yanıqlarından sonra ortaya çıxır. Bəs 1-ci, 2-ci və 3-cü dərəcəli yanıqlar nə deməkdir, bu dərəcələr necə müəyyən edilir? 
Yanıq hadisələrindən sonra həkimlər yanıq dərəcəsinə görə, diaqnoz qoyurlar. Yanıq dərəcəsi təyin edilərkən zədələnmiş nahiyənin dərinliyi, infeksiya riskinin olub-olmaması, xəstənin yaşı, digər xəstəlikləri, tənəffüs yollarının zədələnməsi kimi amillər nəzərə alınır. 
Bu amillər yanıq dərəcəsini müəyyən etməklə yanaşı, xəstənin həyati vəziyyəti və müalicəsi baxımından da böyük əhəmiyyət kəsb edir. 

1-ci dərəcəli - yanmış nayihədə dəridə qızartı və ağrı ilə meydana gəlir. Bu, təxminən 48 saat ərzində sağalır. 

2-ci dərəcəli - dəridə su ilə dolu qabarcıqlar şəklində yanan bölgədə ağrı ilə görünür. Həmin ərazidəki yanıq dəri özünü bərpa edənə qədər sağalmır.

3-cü dərəcəli - ən təhlükəlisi və ölümlə nəticələnə bilən bu dərəcədə dərinin bütün təbəqəsi yanıqdan zədələnir. Damarlara, sinirlərə və əzələlərə təsir edir. Qara və ağ ləkələr görünə bilər. Sinirlər zədələndiyi üçün xəstə ağrı hiss etmir, amma yanmış nayihə təhlükə altında olur. 


Mənbə: CNN Türk