Bağırsaqları çökdürən qidalar - 
- Diyetoloq məsləhəti

Sağlam qidalanma hər zaman vacibdir, sağlamlıq üçün əsas şərtlərdən biridir. Yay aylarında, isti havalarda isə düzgün qidalanma xüsusilə vacibdir, çünki bunun əksi mədə-bağırsaq pozğunluğundan tutmuş, ürək çatışmazlığınadək ağır fəsadlara səbəb ola bilər.

 “Sherg.az” CNN Türk-ə istinadən bildirir ki, diyetoloqlar ista günlərdə sağlam qidalanma ilə bağlı xəbərdarlıq edir. 

Türkiyəli diyetoloq Dəniz Pirçek bildirib ki, sağlam qidalanma sağlam bağırsaqlar, sağlam bağırsalarsa uzun və sağlıqlı həyat deməkdir. Sağlam qidalanma insanda rh yüksəkliyi yaradan amildir. 

Bağırsaqların florası qorunarsa, həzm sistemi düzgün işləyəcək, bu da bağırsaqların, nəticə etibarilə insanın ömrünü uzadacaq. 
Diyetoloq bu qidalardan imtina etməyi məsləhət görüb: 
-Emal edilmiş qidalar. Bunlara paketlənmiş, başda sənaye istehsalı yağlar, fruktoza, tərkibində qlüten olan qidalardır. Bu qidalar bağırsq florasını zədələyir.    
-Taxılkimilər. Tərkibindəki qlüten və lektin olan bu cür qidalardan uzaq durmaq lazımdır. 
-GMO qidalar. Bu qida məhsullarının yetişdirilməsində qlifosfatdan istifadə edilir ki, bu da antibakterial təsir göstərərək bağırsaqların təbii florasını, faydalı mikroorqanizmləri məhv edir. 
-Şəkər. Bağırsaq mikrobları şəkəri sevir. Bu da faydalı bakteriyaların məhvinə səbəb olur. Faydalı bakteriyaların azalması bağırsaq ilthabı və neyroinflamasiyona səbəb olur. Şəkərli və yağlı qidaların qəbulu nəzarət altında omalıdır. 
-Fast-food, alkoqol, siqaret də bağırsaqların düşmənidir. 
-Xroniki stress, yuxusuzluq, uxu pozğunluğu da bağırsaqların normal fəaliyyətini əngəlləyir. 
-Xlorlu su. Diyetoloq zərərli qidalara xlorlu suyu da əlavə edib. Çünki xlorlu su da zərərli bakteriyalarla yanaşı faydalıları da məhv edir. Təmiz, saf sulara önəm verilməlidir.