Yüksək təzyiqin əlacı TAPILDI

Hər gün bir ədəd banan yemək kifayətdir

Havaların çox isti keçdiyi günlərdə qan təzyiqinin yüksəlməsi şikayətləri də artır. Mütəxəssislər bildirir ki, isti havalarda bədənin artan temperaturu qan təzyiqinin “oynamasına” səbəb olur. Qan təzyiqi yüksəlməsinin hətta ani ölümlərə də səbəb olacağını diqqətdən yayındırmamaq gərəkdir. Həkimlər yüksək qan təzyiqini nəzarət altında saxlamaq və ani sıçrayışların qarşısını almaq üçün çox sadə üsul təklif edir. 

"Sherg.az" “Milliyet.com.tr”yə istinadən xəbər verir ki, həkimlər gün ərzində 1 ədəd banan yeməyi məsləhət görür. Bununla qan təzyiqi ilə mübarizə aparmaq xeyli asanlaşacaq. Banan potasiumla zəngindir. Potasiumun dəri sağlamlığından tutmuş həzm sisteminə, eləcə də qan təzyiqini normallaşdırmağa qədər orqanizmə faydaları çoxdur.

 Potasium sayəsində qan damarları genişlənir və yüksək təzyiq təhlükəsi aradan qalxır. Aparılan son tədqiqatlarda bananın qan təzyiqinə qarşı möcüzəli sədd olduğu müəyyənləşib. Gündə 1 ədəd banan yeməklə qan təzyiqini həm aşağı düşməkdən, həm də yüksəlməkdən sığortalamaq, infarktı önləmək də olar. Qan təzyiqi normallaşdıqda yüksək təzyiq ehtimalı da sıfra düşür. Lakin şəkər xəstəliyi olanlar banan yeməzdən əvvəl həkim məsləhəti almalıdır.