Beyin cərrahları azalır! - Narahatlıq artır

Həkimlər riskə getmək istəmir

  İstanbulda beyin cərrahlarının beynəlxalq konqresi keçirilir. “Sherg.az” “NTV.com.tr”yə istinadən xəbər verir ki, konqresdə dünyanın 500 ölkəsindən beyin cərrahları iştirak edir. Toplantının əsas mövzularından biri “beyin cərrahiyyəsində yarı oturaq vəziyyətdə əməliyyatlar”dır. Konqresdə iştirak edənlər son zamanlar tibbin bu sahəsinə marağın azaldığını, gələcəyin həkimlərinin beyin cərrahı ixtisasına yiyələnmək istəmədiklərini kədərlə vurğulayıblar. Cərrahlar bu vəziyyətin narahatlıq doğurduğunu bildirib. Professor Uğur Türe bildirib ki, yeni nəsil həkimlərə beyin cərrahlığını tədris etmək, məsləhət vermək məqsədi daşıyır, lakin maraq çox azdır. Professor yarı oturaq vəziyyətdə beyin əməliyyatlarına toxunaraq deyib: “Mən xüsusən eşitmə üzvündəki şişlərin əməliyyatı zamanı bu vəziyyəti məsləhət görürəm. Çünki bu üsul əməliyyatın uğurlu gedişatını dəfələrlə artırır. Ona görə də istərdim ki, gənc cərrahlarımız da bunu bilsinlər və fəaliyyətlərində bu təcrübədən istifadə etsinlər. Ən böyük istəyim budur”. Konqresdə iştirak edən beyin cərrahlarından 45 nəfər Türkiyə həkimləridir. Bu da beyin cərrahlığında türk həkimlərin önəmli mövqeyə sahib olduğunu göstərir. Lakin beyin cərrahlığına maraq getdikcə azalır, yeni nəsil həkimlər, hətta təhsili yüksək dərəcə ilə başa vuranlar da daha asan ixtisasları seçir, daha yüngül əməliyyatlara üstünlük verirlər. Bu, gələcək üçün narahatverici vəziyyətdir".