Fiziklərin apardığı araşdırmaya görə, əgər siz binanın yuxarı mərtəbəsində yaşayırsınızsa, aşağı mərtəbədə yaşayan qonşunuzdan daha tez qocalırsınız. Bəs bu necə olur? Cavab Eynşteynin “Ümumi nisbilik nəzəriyyəsi"ndə gizlənir.
Albert Eynşteynin "Ümumi nisbilik nəzəriyyəsi" zaman və məkan anlayışlarının fəaliyyətini və təsirlərini ətraflı izah edir. Bu nəzəriyyə kosmos və zamanın qravitasiya sahəsində təsirləri necə qəbul etdiyini aydınlaşdırır. Maraqlısı odur ki, "Ümumi nisbilik nəzəriyyəsi" həmişə bizimlədir. Belə ki, qocalma nisbətimizi evlərimizə görə təhlil etmək mümkündür.
Eynşteynin yaratdığı bu nəzəriyyənin gündəlik həyata necə təsir etdiyi müxtəlif suallar doğurur. Bununla bağlı fərqli bir araşdırma nəzəriyyəyə tamamilə yeni bir maraq qatır.
Alimlər çoxmərtəbəli binalarda yaşayan insanların qocalma prosesini tədqiq etmək üçün "Ümumi nisbilik nəzəriyyəsi"ndən istifadə ediblər və araşdırmalar nəticəsində yüksək mərtəbələrdə yaşayan insanların aşağı qonşularına nisbətən daha tez qocaldığı üzə çıxıb.
"Ümumi nisbilik nəzəriyyəsi"nə əsaslanan elm adamları, daha yüksək mərtəbələrdə yaşayan insanların aşağı mərtəbələrdəki qonşularından daha çox cazibə qüvvəsinin təsiri altında olduğunu bildirirlər.
Eynşteynin nəzəriyyəsində bu, güclü cazibə qüvvəsi olan mühitlərdə zamanın daha yavaş axması deməkdir. Başqa sözlə, yuxarı mərtəbədəki insanlar daha yüksək qravitasiya təsiri altında olduqları üçün vaxt daha yavaş keçir.
Davam edən araşdırmalardan sonra alimlər yüksək mərtəbələrdə yaşayan insanların daha çox səs-küy vibrasiyasına məruz qaldığını irəli sürürlər. Bu səbəbdən yuxarı mərtəbələrdə yaşayan fərdlərin stress səviyyəsi qonşularından çox yüksək olur. Stress yaşlanma prosesini artıran təsirlərdən biri kimi qəbul edilir.
Alimlər tərəfindən aparılan bu araşdırma Eynşteynin nəzəriyyəsi ilə birləşdirildikdə müxtəlif nəticələr çıxarmağa kömək etsə də, tam nəticəyə gəlmək üçün daha çox məlumat təhlilinə ehtiyac olduğu bildirilir.