İnsanın yaşadığı yer - ərazi, ev onun yaşlanmasına təsir edir.
Söhbət təkcə ekologiya, təmir və yaşama imkanlarından getmir.
“Medicina” xəbər verir ki, nevroloq Yekaterina Demyanovskaya nəyə görə kirayədə qalmağın bədəni qocaltdığını açıqlayıb.
“Yeni elmi araşdırmalar sübut edib ki, kirayə götürülmüş evdə yaşamaq bioloji qocalmanın sürətini artırır.
Kirayədə qalanlar öz şəxsi evində yaşayanlardan 40% daha çox və tez-tez xəstələnir.
Bu hətta siqaret çəkənlərlə çəkməyənlər arasında olan fərqdən də çoxdur.
Qocalmaya səbəb kirayə evin şəraiti yox, kirayənişinin ödəmədə borclanması və bir neçə ayın borcunun yığılması və bundan yaranan stresdir.
Sorğu göstərib ki, kasıb məhəllərdə ucuz ev kirayələyənlərin səhhəti öz evində yaşayanlar kimi olub. Deməli burda digər məqam kirayə haqqının yüksək olmasıdır.
Ona görə də dövlətlər ölkədə kirayə haqlarının artmaması üçün çalışmalı, qiyməti nəzarətdə saxlamalı, kirayə haqqının işəgötürən və ya dövlət tərəfindən çətin anlarda kompensasiya olunmasını təmin edə bilər.
Kirayə yaşayanların stresinin profilaktikası onların sağlamlığının qorunması deməkdir”.
Bundan öncəki araşdırma hündürmərtəbəli binaların sakinlərinin həyət evlərində yaşayanlardan 60% daha xəstə olduğunu üzə çıxarmışdı.