“Bu ilin sonuna yaxın Azərbaycanda TƏBİB tabeliyində olan tibb müəssisələrində xaricdə təhsil alıb ölkəyə qayıdan 10 həkim aktiv fəaliyyətə başlayacaq”.
“Report” xəbər verir ki, bunu TƏBİB-in icraçı direktoru Vüqar Qurbanov jurnalistlərə açıqlamasında bildirib.
O qeyd edib ki, bunlar əsasən Almaniya və Türkiyə Respublikalarında çalışmış həkimlərdir.
TƏBİB sədrinin sözlərinə görə, regionlarda həkim çatışmazlığını aradan qaldırmaq üçün layihə həyata keçirilir: “Xaricdə təhsil alıb ölkəyə qayıtmış 79 həkim bu layihə üzrə işə başlayıb”.
V.Qurbanov əlavə edib ki, həkimlərin yaş həddi qanunvericiliklə tənzimlənir: “Bəzi regionlarımızda həkim və tibb işçilərinin çatışmazlığını nəzərə alaraq, müvafiq qurumlara yaş həddi üzrə təkliflər vermişik. Təklif etmişik ki, bununla bağlı qanunvericilikdə bəzi məqamlar nəzərə alınsın. Hazırda məsələ ilə əlaqədar iş gedir”.