Ötən ay KTM-yə zəhərlənmə ilə bağlı 128 nəfər müraciət edib, 6-sı ölüb

Oktyabr ayı ərzində Kliniki Tibbi Mərkəzin Toksikologiya şöbəsinə zəhərlənmə ilə bağlı 128 nəfər qəbul edilib.

Mərkəzin Mətbuat xidmətindən "Report"a verilən məlumata görə, onlardan 53-ü kişi, 47-si qadın, 28-i isə uşaq olub.

Qəbul olunan xəstələrdən 64-ü dərmandan, 24-ü sirkə turşusundan, 8-i göbələkdən, 14-ü etanoldan, 7-si dəm qazından zəhərlənib.

Digərlərindən 3-ü allergik reaksiyadan, 1-i isə botulizm, 4-ü anaflaksiya səbəbindən xəstəxanaya yerləşdirilib. Həmçinin, onlardan 3 nəfərini ilan sancıb.

Həkimlərin səylərinə baxmayaraq, zəhərlənən şəxslərdən 6-sı dünyasını dəyişib. Onlardan 5-i kişi, 1-i qadın olub.