Taxta qaşıqlar bütün mətbəxlərin vazkeçilməz əşyaları arasındadır.
Sherg.az türk mediasına istinadən xəbər verir ki, mütəxəssislər qabyuyan maşına taxta qaşıqları qoymağı məsləhət görmürlər.
Çünki taxta material yuyucu vasitəni özünə çəkir. Bu səbəbdən gündəlik təmizlikdən əlavə ayda bir dəfə dərin təmizlik tələb olunur. Taxta qaşıqların təmizləməyin 3 əsas qaydası ilə tanış olun.
1. Taxta qaşıqları bir qazan suda təxminən 10 dəqiqə qaynadın. Çünki qaynama zamanı daxilə nüfuz edən yağlar ayrılır.
2.Bir qaba qoyduğunuz qaşığın üzərinə sırasıyla 1 xörək qaşığı soda və yarım stəkan ağ sirkə tökün. 5 dəqiqə gözləyin, sonra ona qaynadılmış su əlavə edin.
3. Bu şəkildə liflər arasında qalan yağlar soda və sirkə qarışığı ilə birlikdə təmizlənir. 10 dəqiqə gözlədikdən sonra durulayın və qurudun.