İngiltərədə hökuməti döş xərçənginin qarşısının alınması istiqamətində addım atmağa hazırlaşır. Sherg.az xarici mediaya istinadən xəbər verir ki, uzun illərdir xəstəliyin qarşısını almaq üçün istifadə edilən “Anastrozol” adlı dərman minlərlə qadına təklif edilərək profilaktika vasitəsi kimi istifadə olunacaq.
Son tədqiqatlar göstərir ki, dərman orta və ya yüksək risk altında olan menopoz sonrası qadınlarda döş xərçəngi hallarını iki dəfə azalda bilər.
Qeyd olunur ki, “Anastrozol” patenti olmayan bir dərman olduğundan, müxtəlif şirkətlər onu çox ucuz qiymətə istehsal edib, yaya bilirlər.
Müalicə 5 il ərzində gündə 1 mq tablet istifadə etməkdən ibarətdir.
Bu dərman xərçəngin qarşısının alınmasında təsirli olduğu üçün milyonlarla funt sterlinqə də qənaət ediləcək.