Səhər yeməyindən maksimum faydalanmaq üçün onu doğru zamanda istehlak etmək bir nömrəli məsələdir. Amma bilmədiyimiz bir çox məsələlər varmış. Sağlam və balanslı qidalanma mövzusunda bir çox tövsiyələr verən Prof. Dr. Canan Karatay qida istehlakı, xüsusilə zeytun və pendirlə bağlı müxtəlif məsləhətlər verib.
Sherg.az türk mediasına istinadən xəbər verir ki, mütəxəssislər tərəfindən günün ən vacib yeməyi olaraq bilinən səhər yeməyi sağlam şəkildə edildiyində çox faydalıdır. Ancaq təəssüf ki, səhər yeməyi süfrələri bəzən sağlamlığa mənfi təsir edən bir çox qida ilə doldurulur.
Canan Karatay səhər yeməyində hər zaman süfrələrimizdə olan zeytun və pendir istehlak edərkən edilən səhvlərə toxunub. O, bu qidaları qəbul edərkən edilən səhvlərin sonsuzluq riskini artırdığını vurğulayıb.
Səhər yeməyində bəzi qidaları qarışdırıb dadlı etmək üçün müxtəlif proseslər həyata keçiririk. Ancaq bəzi istehlak üsulları sağlamlıq üçün riskli ola bilər. Bu səbəblə Karatay bir çox insana zeytun və pendir istehlak etməməsi barədə xəbərdarlıq edir.
Canan Karatayın sözlərinə görə, duzu çıxarmaq üçün zeytun və pendiri suda yumaq sonsuzluq riskini artıran bir üsuldur. Bunun üçün alınacaq əsas tədbir istifadə olunan yağ və duzun növünə diqqət yetirməkdir.
Sağlamlıq üçün faydalı olan və istehlakı tövsiyə edilən bu iki qidanın zərərli olmasının qarşısını almaq üçün tərkibinə diqqət yetirmək lazımdır. Canan Karatay yağlı, kristal duzlu zeytun və pendirləri tövsiyə edir.
Sağlam qidaları istehlak etmək üçün onların tərkibindəki maddələr hərtərəfli araşdırılmalıdır və əlavə müdaxiləyə ehtiyac yoxdur. Ona görə də istehlak etdiyiniz qidaları duz və yağ tərkibinə görə seçə bilərsiniz.
Ancaq yağ və duzu sonradan çıxarmağa çalışmaq gələcəkdə ciddi sağlamlıq problemlərinə gətirib çıxarır. Faydalı olsalar da, səhər yeməyi məhsullarının istehlakı üçün müəyyən bir kvota var.
Həddindən artıq istehlakı yüksək təzyiq və xolesterin səviyyəsinə səbəb olan pendirə qarşı həssas olmaq lazımdır. Faydalarından bəhrələnmək üçün məzmununa fikir verilməlidir.
Səhər yeməyində həddindən artıq zeytun istehlakı bir müddət sonra mədə yanmasına və ishala səbəb ola bilər. Tələb olunan miqdar keçərsə, müxtəlif sağlamlıq problemləri ilə qarşılaşa bilərsiniz.