Zaqatalada qızılcaya yoluxanların vəziyyətləri AÇIQLANDI

Hazırda Zaqatala Rayon Mərkəzi Xəstəxanasında qızılcaya yoluxmuş 8 nəfərin stasionar müalicəsi davam etdirilir.
Bu barədə “Report”un sorğusuna cavab olaraq TƏBİB-dən məlumat verilib.
Qeyd olunub ki, həmin şəxslərdən 7-si böyük, biri uşaqdır:
“Hər birinin vəziyyəti stabil olaraq qiymətləndirilir”.
Xatırladaq ki, Zaqatala Rayon Mərkəzi Xəstəxanasına oktyabrın 11-dən noyabrın 17-dək qızılca simptomları ilə 64 müraciət daxil olub. Onlardan 46-sı müayinə olunaraq ambulator müalicə üçün evə buraxılıb.