Araşdırmalara görə, yaşıl bir məhəllədə yaşamaq insult və demans riskini əhəmiyyətli dərəcədə azaldır. Bağçası olan insanlarda demans riski 13 faiz azdır.
Sherg.az xarici mediaya istinadən xəbər verir ki, İngiltərədə aparılan araşdırmaya görə, daha çox bitki və ağac olan mühitlərdə yaşamaq demans və insult riskini azaldır.
55 yaşlı 420 min Britaniya vətəndaşının iştirak etdiyi araşdırmaya görə, bunun əsas səbəbi yaşıl mühitlərdə havanın çirklənməsinin azalmasıdır.
Tədqiqatçılar insult, demans və ölümlə bağlı 12 illik sağlamlıq məlumatlarını araşdırıb və onları insanların evlərinin 300 metrliyində yaşıl sahələrə yaxınlığı ilə müqayisə ediblər.
Bu arada 8 min 568 nəfərə iflic, 5 min 648 nəfərə isə demans diaqnozu qoyulub.
Ən çox yaşıl sahəyə sahib olanlar ən az riskə sahib olublar. Onların insult keçirmə ehtimalı 8 faiz, ölmə ehtimalı isə 14 faiz az olub.
İnsult Dərnəyinin apardığı araşdırmaya görə, ağaclar və digər bitkilər hava çirkliliyini udur və süzür; Bu, insultdan ölümlərin 21 faizinin qarşısını alır.
Yaşıllıq həmçinin depressiyanı azaldır və açıq hava fəaliyyətini dəstəkləyir, insult riskini daha da azaldır.