Boyun ağrılarının yeganə səbəbi… 

Bu, güc itkisi deyil, D vitamini çatışmazlığıdır! 


  D vitamini çatışmazlığı insanlarda ən çox rast gəlinən vitamin çatışmazlığından biridir. Ancaq bəzi sağlamlıq problemlərinin D vitamini çatışmazlığından qaynaqlandığını bilmirik.
  “Sherg.az” xarici mediaya istinadən xəbər verir ki, D vitamini çatışmazlığından qaynaqlanan problemlər gündəlik həyatımıza mənfi təsir edəcək qədərdir.
Əgər yuxudan oyandığınız zaman özünüzü çox ağır məşq etmiş kimi yorğun hiss edirsinizsə, bu, vitamin çatışmazlığının əlamətidir. D vitamini çatışmazlığının ən fərqli xüsusiyyətlərindən biri yorğunluq hissidir. Gündəlik həyatda enerji ehtiyatlarını boşaldan bu problem yuxu keyfiyyətini aşağı salır və performansın azalmasına səbəb olur.
  Xüsusilə səhər oyanıb addım atdığınız zaman daban ağrısı hiss edirsinizsə, bu, D vitamini əskikliyinin əlamətlərindən biridir. Bəzi vitamin çatışmazlığı toxumalarda müxtəlif ağrılara səbəb olur. Eyni zamanda bu çatışmazlığın yaratdığı zəiflik və hərəkətsizlik daban ağrısına səbəb olur.
  Vitamin çatışmazlığının bədənə nə qədər təsir etdiyini görmək üçün əllərinizi yumruq kimi bükün. Əzələlərdə gücsüzlük  ümumiyyətlə D vitamini çatışmazlığı səbəbindən baş verə bilər. Bu çatışmazlığı kompensasiya etmək üçün təbii günəş işığından faydalanmalısız.
Sümük və bel ağrıları da D vitamini çatışmazlığının əlamətləri arasındadır. Araşdırmalara görə, xroniki ağrıları olan insanlarda D vitamini olmayanlara nisbətən daha azdır. D vitamini çatışmazlığı adətən beldən başlayır və çanaq, omba, bud, kürək və qabırğalara yayılır.
  Qeyri-sağlam həyat tərzi də vitamin çatışmazlığına səbəb olur. Bu zaman pəhrizə xüsusi diqqət yetirmək lazımdır. Günəş işığı D vitamini ala biləcəyiniz ən təsirli təbii dərmandır.
  D vitaminini qida mənbələrindən almaq istəyirsinizsə, yumurta sarısı, yağlı balıq, qaraciyər, göbələk, pendir və otla bəslənən heyvanlardan alınan kərə yağı istehlak etməyə üstünlük verə bilərsiniz.
Təbii ki, D vitamini çatışmazlığını təbii yolla aradan qaldırmaq üçün günəşdən faydalanmaq lazımdır. Dərinin tonundan asılı olaraq bu vəziyyətin vaxtını təyin edə bilərsiniz. Mütəxəssislərin təqdim etdiyi dəri tonları və gündə neçə dəqiqəlik günəş işığına ehtiyac var.

- Açıq dəri rəngi: gündə 15-20 dəqiqə
- Orta dəri tonu: gündə 25-30 dəqiqə
- Tünd dəri rəngi: gündə 40-45 dəqiqə