Qış aylarında meydana gələn dəri xəstəlikləri bir çox insanın gündəlik həyatını kabusa çevirir. Çölə çıxdığınız anda gözlərinizin sulanmağa başladığını görmüsünüzsə, tək deyilsiniz.
"Sherg.az" ekspertlərin cavabını təqdim edir
Qış aylarında atmosferdə rütubətin olmaması, yəni soyuq havalar dərini qurudur. Bu, toxumalarda susuzluğa, dərinin çatlamasına və soyulmasına səbəb olur. Qış soyuğu gözlərdə müxtəlif təsirlər yaradır. Məsələn, gözlər çox quruyanda bədənin gözyaşardıcı refleksinin həddindən artıq reaksiyası nəticəsində soyuq havada sulanmağa başlayır.
Bir çox insan dərinin qurumasının qarşısını almaq üçün müxtəlif nəmləndiricilərdən istifadə edir. Ancaq göz ətrafına çəkilən bəzi krem növləri də göz yaşlanmasına səbəb ola bilər.
Bəzi insanlar quru göz problemlərinə daha çox meylli ola bilər. Kompüter ekranı qarşısında işləyən insanların gözləri bu vəziyyətdən daha çox təsirlənir.
Bundan əlavə, makiyaj və digər qıcıqlandırıcılar göz qapaqlarındakı meibom vəzlərini bağlaya bilər. Bu da gözyaşının əmələ gəlməsinə səbəb ola bilər. Qışda gözlərin sulanması ümumiyyətlə zərərsizdir. Ancaq əlamətlər uzun müddət davam edərsə, bir oftalmoloqa müraciət etmək faydalıdır.
Mütəxəssislər bildirirlər ki, inkişaf etmiş quru gözlər gözün ön hissəsini zədələyə və görmə qabiliyyətinə təsir edə bilər. Həkim məsləhəti ilə gözləri nəmləndirmək üçün konservantsız süni göz yaşlarından istifadə etmək olar