Dədə-babadan sarılıq kimi tanıdığımız hepatit A virusunun yayılması son vaxtlar insanları narahat edən bir məsələyə çevrilib.
Bəs Hepatit A virusunun simptomları nələrdir? Hansı yaş qrupu üçün təhlükəli hesab olunur? Virusun xüsusi müalicə kursu varmı?
"Sherg.az"ın suallarını cavablandıran professor Adil Qeybulla açıqlamasında deyib ki, bu virus qaraciyər hüceyrələrini sıradan çıxarır:
"Bu səbəbdən öd piqmentləri qana keçir, bədəndə, dəridə sarılıq yaranır. Hətta, qaraciyər serrozu xəstəliyi yaradır. B,C,D isə hepatit A virusunun növləridir. Bu xəstəlik fekal oral yol ilə yayılır. Azərbaycanda da indiki dövrdə xəstəliyin su hövzələrindən keçdiyi güman edilir. Bu baxımdan xəstə şəxslə kontaktda olmaq qadağandır. Xəstəliyə yoluxanlar yataq rejiminə keçməklə müalicə olunmalıdır. Qeyd edim ki, önləyici tədbir olaraq vaksinasiya etmək daha məqsədəuyğundur. Hətta, hepatit B ilə müştərək vaksinasiya da mövcuddur. Bununla da hər iki xəstəlikdən qorunmaq olur. Hepatit A virusunun selektik olmasa da ümumi müalicəsi var. Hepatitin digər növləri xroniki formaya keçsə də A virusu keçmir. Xəstəlik 1 ay müddətinə sağalır. Ona görə, vaxtında müalicə olunmalıyıq. İndiki şəraitdə isə yoluxmanın qarşısını almaq üçün su hövzələrinə nəzarət gücləndirilməli, suyun codluğu yoxlanmalıdır".