Dezodorantdan istifadə qoltuq altındakı pis qoxuların qarşısını almağın ən təsirli üsullarından biridir. Hər kəsin istifadə etdiyi bu məhsullardan maksimum yararlana bilmirsinizsə, problem yalnış zamandır.
"Sherg.az" xəbər verir ki, dezodorantdan istifadənin effektli olmasını istəyirsinizsə, səhər saatlarında istifadə etmək düzgün deyil. Dermatoloq Lindsey Zubritsky dezodorantlardan nə vaxt istifadə etməli olduğunuzu izah edib.
Sosial media hesabında məzmun paylaşan Dr. Lindsey Zubritsky, "Dezodorantınızı gecə istifadə edirsinizsə, səhv edirsiniz" söyləyib.
Zubritskinin fikrincə, bizim tər vəzilərimiz gecələr daha az işləyir. Buna görə də dezodorantı daha asan udur.
Melatonin yuxunu idarə edən hormondur. Beynin epifizində istehsal olunan bu hormon işıqla birlikdə irəliləyir. Bu səbəbdən gün ərzində orqanizmdə melatonin səviyyəsi aşağı düşür və özümüzü oyaq hiss etməyə başlayırıq.
Ancaq qaranlıqda gözün udduğu işığın miqdarı azaldıqda daha çox melatonin bədənə qarışmağa başlayır. Bədən istiliyini soyutmaqla yanaşı, melatonin qan təzyiqini aşağı salır, ürək döyüntüsünü yavaşlatır, bədənə yatmaq vaxtının gəldiyini bildirir.
Gecələr melatonin artdıqca, dezodorant və ya antiperspirant tətbiq etmək tər vəziləri tərəfindən əmələ gələn tər və qoxuya maneə törədə bilər. Bədəndə ekrin və apokrin adlanan iki tər vəzisi var. Ekrin vəzləri bədənin əksər hissəsində yerləşir və birbaşa dəri səthinə açılır və tər damcıları əmələ gətirir.
Ancaq axşam duşundan dərhal sonra dezodorant və ya antiperspirant məhsullardan istifadə etmək sağlam olmaya bilər. Hər ikisi də quru dəriyə tətbiq edildikdə öz təsirini göstərməyə başlayır.