Alimlər insanın həzm sistemində əvvəllər məlum olmayan virusa bənzər canlı forması aşkar ediblər. Məlum olub ki, bu sirli genetik materialın digər bioloji həyat formalarına uyğun gələn struktur oxşarlığı yoxdur.
“Sherg.az” türk mediasına istinadən xəbər verir ki ,yeni bir araşdırma insan bağırsağında əvvəllər rast gəlinməyən virusa bənzər canlı formasını aşkar edib. Stenford Universitetindən bioloq İvan Jeludev və onun komandası bildirib ki, yeni kəşf virusun hansısa forması olmaya bilər. Alimin sözlərinə görə, yeni kəşf ən sadə genetik molekullar və mürəkkəb viruslar arasındakı boşluğu doldurmağa kömək edəcək “tamamilə yeni həyat forması” ola bilər.
Yeni bir həyat forması olduğu iddia edilən bioloji quruluş, əyilmiş RNT ardıcıllığından ibarət olan simmetrik və çubuq kimi görünüşünə görə "obelisk" adlandırılıb.
Alimlər ilk dəfə qarşılaşır
Tədqiqat çərçivəsində Jeludev və komandası əvvəllər aşkar edilmiş 5,4 milyon genetik ardıcıllığı araşdırıb. Bu ardıcıllıqlarda 30 min müxtəlif “obelisk” növü olduğu müəyyən edilib. Tədqiq olunan insan mikrob məlumat bazaları arasında insan bağırsaq bakteriyalarının 7 faizində və ağızdakı bakteriyaların yarısında "obelisk" ardıcıllığı aşkar edilib. Mövzu ilə bağlı dərc edilən məqalədə bildirilib ki, "Obelisklar koloniyalaşdırılıb və əvvəlki araşdırmalarda diqqəti cəlb etməyən müxtəlif RNT-ləri ehtiva edir. Bu elementlərin təbiəti virus olmaya və ya RNT plazmidlərinə bənzər bir quruluşa sahib ola bilər".
Qeyd edək ki, tədqiqatçılar başqa hansı canlıların obeliskləri olduğunu bilmədiklərini, lakin onların bakteriya növlərində müşahidə oluna biləcəyini düşündüklərini də ifadə ediblər.