Maska taxın! Yaz allergiyası başlayır

Bazar ertəsindən etibarən yaz allergiyası adlanan mövsüm başlayır. Mütəxəssislər tozlu havaya, çiçək tozlarına allergiyası olanlara xəbərdarlıq edir. Yazın gəlişi ilə bağlı bəzi ağacların çiçəkləri allergik reaksiyalar yarada bilir. Bunu nəzərə alaraq həssas insanlara tibbi maskalardan istifadə etmək məsləhətdir. Lakin allergiyaya səbəb olacaq təkcə ağac çiçəklərinin tozu deyil. Qarşıdakı həftədə havada da tozun miqdarı yüksək olacaq.

 “Sherg.az” “NTV,com.tr”yə isinadən bildirir ki, Türkiyəli professor doktor Doğan Yaşar önümüzdəki həftədən etibarən ölkə ərazisinə səhra çölündən qırmızı rəngli toz hissəciklərinin axını barədə xəbərdarlıq edib.  Professor bu tozlu hava axınının “bahar allergiyası” adlanan quru öskürək və davamlı səbir gətirməyə səbəb olduğunu bildirib: “xüsusilə ağ ciyər rahatsıqlığı olanlar, nəfəsamada çətinlik çəkənlər, astma xəstələri, toza qarşı allergiyası olanlar ehtiyatlı davranmalı və maskadan istifadə etməlidirlər. Bu vəziyyət 3 həftə davam edəcək. Tədbiri əldən verməsinlər”. Professor səhradan gələn qırmızı rəngli tozlu havanın tərkibində dəmir olduğunu və bu səbəbdən də nəfəsalmanı çətinləşdirdiyini deyib. Həmçinin qırmızı tozun avtomobillərin üzərinə hoparaq rəngini dəyişə biləcəyini də vurğulayıb.