Zeytun yağını qaşıq-qaşıq içməyinizi təmin edəcək məlumatlar ortaya çıxdı! Zeytun yağının içinə limon sıxıb yediyiniz zaman baxın nələr olur...
“Sherg.az” türk mediasına istinadən xəbər verir ki, ən sağlam yağlar arasında yer alan zeytun yağı bir çox faydaları ilə zəngindir. Zeytun yağının faydaları ilə yanaşı, geniş yayılmış istifadəsi də mövcuddur. Limonu zeytun yağına sıxıb içməyin faydalarına təəccüblənəcəksiniz. C vitamini ilə zəngin olan limonu omeqa yağ turşuları ilə zəngin olan zeytun yağı ilə qarışdırıb bu şəkildə içmək həzm sisteminə müsbət təsir edir. Zeytun yağının içinə limon sıxıb içdikdə, qəbizlikdən qısa zamanda xilas ola bilərsiniz. Zeytun yağının tərkibindəki sağlam yağ turşuları dəri üçün qidalandırıcı bir vasitədir. Həmçinin, limonun tərkibində antioksidant olduğu üçün dərini də dərindən təmizləyir. Bu üsul təbii və qarışıq dərinin qırışlardan qorunmasına kömək edir. Zeytun yağı və limonun qarışığı yaraların daha tez sağalması üçün əla bir üsuldur. Siz də bu yolla zədələnmiş nahiyədəki iltihabı aradan qaldıra bilərsiniz. Ümumiyyətlə, bu faydalardan yararlanmaq üçün 1 xörək qaşığı zeytun yağına 8-10 damcı limon sıxmaq və bu qarışığı acqarına içmək kifayət edəcək.