“Neuralink” şirkətinin beyin implantı kor insanların görmə qabiliyyətini bərpa edə biləcək.
Bu barədə Amerikalı milyarder İlon Mask sosial şəbəkədəki X səhifəsində bildirib."Blindsight” Telepatiyadan sonra “Neuralink”in növbəti məhsuludur... Hətta kimsə kor doğulsa belə, biz görmə qabiliyyətini bərpa edə biləcəyimizə inanırıq", - Mask yazıb. Onun sözlərinə görə, implant artıq meymunlar üzərində sınaqdan keçirilir və təcrübələr zamanı onlara heç bir zərər dəyməyib.
Oftalmoloq Aynurə Əliyeva “Sherg.az”a bildirib ki, görməsini sonradan itirmiş şəxslərə implantasiya olunur:
“İlon Maskın məlumat verdiyi implant haqqında heç bir məlumatım yoxdur. Amma görməsini sonradan itirmiş şəxslərə implantasiya Avropada, Amerikada tətbiq olunub və görməni bir neçə saniyəlik bərpa edir. Nəticəsi isə yaxşı alınıb. Azərbaycana nə vaxt gətiriləcəyi barədə bir söz deyə bilmərəm. Bu implantın isə görməsi olmayan adamlara tətbiq olunacağına dair heç bir məlumatım yoxdur. Bundan öncə implantiyasiya olunmuş çiplər, görməsini sonradan itirmiş adamlarda bir neçə saniyədə piksel kimi ağ-qara görmə işıqlandırır. Bu isə insanlara oriyentasiyası üçün kömək edir”.