Yaşı 65-I ötmüş insanlar arasında aparılan tədqiqat həyəcanverici statistikanı ortaya çıxarıb. Məlum olub ki, yaşı 65-I ötmüş hər 100 nəfərdən 78-də xroniki xəstəlik var.
“Sherg.az” “NTV.com.tr”yə isinadən bildirir ki, araşdırmanı Türkiyə Ailə və Sosial Xidmətlər Nazirliyi ilə Türkiyə Statistika Qurumu aparıb. Bu yaş qrupuna aid insanların xoşbəxtliyi sağlamlıqlarına bağlıdır. Yalnız sağlam olanlar bu yaşda özlərini xoşbəxt hesab edir. Xroniki xəstəliklərin ən çox yayıldığı bölgə isə Şərqi Qara dəniz bölgəsidir. Tədqiqat zamanı 50 yaşdan yuxarı 29 min 785 nəfərin sağlamlıq durumu araşdırılıb. Məlum olub ki, bu yaş qrupuna aid insanlarda qan təzyiqi, diabet, ürək xəstəlikləri, xərçəng xəstəliyinə daha çox rast gəlinir. Xroniki xəstəliklər bu insanların gündəlik fəaliyyətinin zəifləməsinə səbəb olur. 65 də yuxarı yaşda olanlarda isə daha çox ortopedik problemlər və görmə zəifliyi müəyyən edilib. 65 yaşdan yuxarı hər 10 nəfərdən yalnız 2-nin sağlıq durumu yaxşıdır. Yaşlıların psixoloji durumu da öyrənilib. Rəyi soruşulanların 64 faizi xoşbəxt olduqlarını deyib. Kişilər qadınlara nisbətən özlərini daha xoşbəxt hesab edir.