Beyin yeyən amöb nədir və necə yoluxur?

İlk dəfə ABŞ-da rast gəlinən beyin yeyən amöb beyində infeksiyaya səbəb olaraq adətən ölümlə nəticələnir. 
“Sherg.az” türk mediasına istinadən xəbər verir ki, xalq arasında beyin yeyən amöb kimi tanınır. Ancaq əsl adı "naegleria fowleri"dir.
"Naegleria fowleri" xəstəliyində təkhüceyrəli amöb beyində infeksiyaya səbəb olur və hallar çox vaxt ölümlə nəticəkənir. Daha çox göl və çay kimi şirin sularda rast gəlinən təkhüceyrəli "Naegleria fowleri" yalnız burun yolu ilə ötürülür və insandan insana keçmir.
Burun kanalına daxil olan amöblər burun selikli qişasından keçərək, qoxu siniri vasitəsilə onurğa-beyin mayesində və beyində yerləşirlər. 
Burun iltihabı, yüksək hərarət, ürəkbulanma, baş ağrısı və göz ağrısı daxildir.
Beyin yeyən amöb insandan insana keçə bilən xəstəlik deyil. Beyin yeyən amöb burnunuza daxil olan çirkli su ilə ötürülür. Çox nadir hallarda başın xlorlu üzgüçülük hovuzlarına batırılması və ya burnu amöblə çirklənmiş kran suyu ilə təmizləməsi nəticəsində infeksiya baş verə bilər.