Elektron siqaret 20 yaşlı gənc qızın ağ ciyərlərində dərin iz buraxıb.
“Sherg.az” “NTV.com.tr”yə istinadın xəbər verir ki, ABŞ-də yaşayan Karlee Ozkurt 5 il elektron siqaret çəkib. Bu səbəbdən də ağ ciyərləri ağır şəkildə zədələnib. Gənc qız elektron siqaretin həyatının məhv etdiyini deyib. “40 yaşımı görməyəcəyimdən qorxuram. Kürəyimdə ağrı hiss etdim, sandım ki əzələ ağrısıdır. 2 gün sonra həkimə getdim. Məlum oldu ki ağ ciyərin sol payı sönüb, işləmir. İynə vurdular, ağ ciyərim genişləndi, rahat nəfəs ala bildim. Lakin bir müddət sonra yenidən nəfəsim daralmağa başladı. Bu dəfə əməliyyat edilməm gərəkdi”. Karlee başına gələn hadisədən dərs çıxardığını deuib və insanları siqaretin hər növündən uzaq durmağa çağırıb. Onu əməliyyat edən həkimlər də “insanlar yanlış olaraq elektron siqaretin daha az ziyanlı olduğunu düşünür, amma böyük səhvə yol verirlər. Elektron siqaretlər bütün digər tütün məhsulları kimi ziyanlıdır və sağlamlığı məhv edir”.