Xərçəngin müalicəsində perspektivli inkişaf

 Bu yaxınlarda Kembric Universitetində xərçəng institutu açılıb.
“Sherg.az” türk mediasına istinadən xəbər verir ki, Erkən Xərçəng İnstitutu şişlər və simptomlar meydana gəlməzdən əvvəl onlarla mübarizə yollarını tapmağa diqqət yetirir. Tədqiqat, bir çox insanın uzun müddət davam edən xərçəngdən əvvəlki şərtləri inkişaf etdirdiyini göstərən son kəşflərə əsaslanacaq. İnstitutun direktoru professor Rebecca Fitzgerald, "Xərçəng xəstələrdə birdən-birə özünü büruzə verənə qədər illərlə inkişaf edə bilər. Bu bəzən on və ya iyirmi il çəkə bilir" deyib.
Fitzgerald və komandası tərəfindən hazırlanmış "Cytosponge" simli birləşdirilmiş süngər erkən diaqnoz üçün bir  ürsət təqdim edir. Bu süngər həb kimi udulur, mədədə genişlənir, süngərə çevrilir və xərçəng hüceyrələrini yığaraq yemək borusuna çəkilir. Yalnız xərçəng öncəsi hüceyrələrdə olan "TFF3" adlı bir zülal ehtiva edən hüceyrələr, xəstənin qida borusu xərçəngi riski olduğu və izlənilməsi gərəkdiyi barədə erkən xəbərdarlıq edir. Ən əsası, isə bu test sadədir və geniş miqyasda tətbiq oluna bilər.

GEC DİAQNOZ, BAHALI DƏRMANLAR
Bunun digər xərçənglərə qarşı mövcud yanaşmalarla ziddiyyət təşkil etdiyini əlavə edən Fitzgerald  “Hazırda bir çox xərçəngi gec aşkar edirik və getdikcə daha bahalı dərmanlardan istifadə etmək məcburiyyətindəyik. Çox vaxt on minlərlə lirə bahasına ömrünü bir neçə həftə uzadırıq. Biz bu hadisəyə başqa prizmadan baxmalıyıq" söyləyib.  strategiyasının mühüm hissəsidir.