2023-cü il üzrə qida zəhərlənmələrinin statistikası açıqlanıb
Qida Təhlükəsiliyi Agentliyindən APA-nın sorğusuna cavab olaraq bildirilib ki, 2023-cü ildə qida zəhərlənmələri ilə bağlı müraciət edənlərin say 763 nəfər olub. Onlardan 143-ü təsdiqini tapmış zəhərlənmə faktıdır.
Qida zəhərlənməsi ilə əlaqədar qeydiyyata alınmışların sayı 1 128 nəfərdir. Təsdiq olunmuş qida zəhərlənməsi ilə zərərçəkənlərin say isə 285 nəfər təşkil edir. Zəhərlənmədən ölənlərin sayı 2 nəfər olub.
Təsdiqini tapmış zəhərlənmə faktı ən çox mart və iyul aylarında (15 nəfər olmaqla) qeydə alınıb. Ən az təsdiqini tapmış zəhərlənmə faktı isə fevral ayında müşahidə edilib. Sözügedən ay ərzində 6 belə hal qeydə alınıb.