Axşam vanna qəbul etdikdən sonra saçınızı qurutmadan yatmağa gedirsinizsə, düşünməkdə fayda var. Mütəxəssislərin fikrincə yaş saçla yatmaq çox zərərlidir. Sherg.az yaş saçla yatmağın zərərlərini təqdim edir....
Gecə yatarkən saçını qurutmaq üçün bəzən insanlar tənbəl olur və və yaş saçla yatmağa üstünlük verir, amma yaş saçla yatmağın çox zərərləri var...
1. Saçınızı qurutmadan uzandığınız zaman saçlarınızın olduğundan daha tüklü olduğunu görə bilərsiniz. Öz-özünə quruyan saçlarınız dolaşıq və qıvrımlı olacaq.
2. Xüsusilə nazik və həssas saçlı insanlar üçün yaş saçla yatmaq məsləhət görülmür. Həcm almaqda çətinlik çəkən bu tip saçlar yaş saçla yatdıqdan sonra daha da solğunlaşır.
3. Baş ağrısı ilə oyana bilərsiniz. Mütəxəssislərin fikrincə, nəmlik bədən istiliyinizi aşağı sala bilər və bədən özünü tarazlaşdırmağa çalışarkən baş ağrılarına səbəb olur.
4. Yaş saçla yatdığınız günlərdə səhərlər dağınıq saçlarla oyanacaqsınız.
5. Yaş saçla yatmaq baş dərinizin qıcıqlanmasına və qaşınmasına səbəb olacaq. Yaş saçlar həm də bakteriyaların çoxalmasına yol açır.
6. Yaş saçla yatdığınız üçün yastığınız da islanacaq. Üzünüzün yastığınızdakı bakteriyalara məruz qalması dəridə quruluq, sızanaq və qıcıqlanma problemləri yaradacaq.
7. Yaş saçla yatmaq, səhər yuxudan duranda saçlarınızın qırılmasına və cansız və yapışqan görünməsinə səbəb olacaq.