Bir neçə diş çubuğu: Tərəvəzləri soyuducuda qoruyur

Soyuducuya əlavə edilən tərəvəz və meyvə kimi məhsulların daha təravətli saxlanması hədəflənir. Ancaq bəzi hallarda soyuducuda olan məhsulların tez xarab olmağa
.
Bazardan aldığınız tərəvəz və meyvələr qısa zamanda təravətini itirirsə,  artıq müxtəlif üsullara əl atmağın vaxtıdır.

Sherg.az xəbər verir ki, meyvə və tərəvəzlər soyuducuda saxlanmasına baxmayaraq tez çürüməyə başlayırsa, qablara  bir neçə diş çubuğu qoyun. Qeyri-adi səslənsə də, bunu sınayanlar əhəmiyyətli bir fərq görürlər.

Soyuducuda həddindən artıq rütubət və məhsulların bolluğu tərəvəzlərin tez xarab olmasına səbəb olur. Tərəvəz saxlama qablarına diş çubuqları əlavə etdikdə, nəmi çəkərək tərəvəzlərin çürüməsinin qarşısını alır. 


Eyni zamanda, soyuducuya əlavə edilən bəzi tərəvəzləri xarab olmamaq üçün əslində otaq temperaturunda saxlamaq olar. Yaşıl bibər, xiyar və bolqar bibəri kimi tərəvəzləri otaq temperaturu olan sərin yerlərdə saxlaya bilərsiniz.

Bəzi tərəvəzlər günəş işığı görmədən canlılığını qoruyub saxlaya bilir. Hər bir tərəvəzi soyuducuya doldurmadan öz ehtiyaclarınıza uyğun saxlamağa çalışın. Məsələn, soğan və sarımsaq günəşdən uzaqda saxlanmalı olan qidalardır.

Pomidor soyuducuda olsa belə ən qısa müddətdə çürüyə bilən tərəvəzlərdəndir. Pomidor torbasına bir neçə diş çubuğu daxil etməklə nəm mühiti aradan qaldıra bilərsiniz. Əgər onu uzun müddət istehlak etmək istəyirsinizsə, gövdələri yuxarı baxaraq rəfdə yerləşdirin.

Yay aylarında tez-tez istehlak edilən çiyələk də çox incə bir quruluşa malikdir. Ən böyük səhvlərdən biri çiyələkləri yuduqdan sonra soyuducuya qoymaqdır. Çiyələk kimi meyvələri qorumaq üçün bir qat kağız dəsmaldan istifadə etmək olar. Yuyulmadan soyuducuda saxlansa daha uzun qalacaq.