Yeni virus təhlükəsi -Bataqlıqdan yayılır, beyinə nüfuz edir

Alimlər Çində aşkarlanan yeni virusla bağlı xəbərdarlıq edib. Bu, bataqlıq ərazilərdəki gənələrin insanları sancması nəticəsində orqanizmə daxil olub, beyində problemlər yarada bilən yeni virusdur. 
“Sherg.az” “NTV.com.tr”yə istinadən bildirir ki, “bataqlıq virusu (WELV)” ilk dəfə Çinin şimalındakı böyük bir bataqlıq parkında gənə tərəfindən dişlənildiyini bildirən 61 yaşlı kişidə aşkar edilib. Naməlum xəstə parka getdikdən beş gün sonra qızdırması, baş ağrısı və qusma halları yaranıb. 2019-cu ilin iyun ayına təsadüf edən bu hadisə keçən həftə "New England Journal of Medicine"də ətraflı müzakirə edilib. Yeni kəşf edilən ortonairovirus Çin tədqiqatçılarını virusu daşıya bilən gənə və heyvanları axtarmağa vadar edib. Tədqiqatçılar təxminən 14,600 gənə toplayıb təhlil etdilər və beş gənə növündə WELV virusunun sübutunu tapdılar. Əsasən Çin, Rusiya və Mərkəzi Avropada rast gəlinən "Haemaphysalis concinna" gənə növü ən çox sınaqdan keçirilmiş müsbət növ kimi qeydə alınıb. Tədqiqatçılar həmçinin virusu Çində 17 xəstədə və gənə dişləməsindən təxminən bir ay sonra simptomlar göstərən müxtəlif qoyun, atlar, donuz və gəmiricilərdə aşkar ediblər. Laborator siçanlarda isə virus beyinə çatan ölümcül infeksiyalara səbəb olub. Virusa yoluxma  nəticəsində insanlarda qızdırma, başgicəllənmə, baş ağrısı, yorğunluq, artrit, bel ağrısı və ürəkbulanma kimi əlamətlər müşahidə edilir.  Bundan əlavə, komaya düşən şəxsin beynini və onurğa beynini əhatə edən mayedə yüksək ağ qan hüceyrələrinin sayı aşkar edilib. Virus toxumaların zədələnməsinə və qan laxtalanmasına səbəb olur. Lakin sevindirici hal budur ki, virusa yoluxan şəxslərin hamısı sağalır və müalicədən 4-15 gün sonra evə buraxılırlar.