Yeni evlənənlərin qarşısına düyüdən hazırlanmış qoğal çıxarırlar - MARAQLI SƏBƏB

Düyü həyat üçün əsas qida bitkilərindən biridir. Qədim daş dövrünə aid insanların yaşadıqları mağaralarda aparılmış arxeoloji qazıntılar göstərir ki, insanlar bu dənli bitkini hələ əkinçilik mədəniyyətindən əvvəl tanıyıb istifadə edirmişlər. Düyü ən qədim mədəni dənli bitkilərə aiddir. Cənub-Şərqi Asiyada bizim eramızdan 2800 il əvvəl artıq düyünü becərməyə başlamışlar. Lap qədim zamanlardan düyünü Şərqin əsas qidası adlandırırdılar. Ona görə ki, bu dənli bitki Asiya ölkələri xalqları üçün əsas qida mənbəyi olub. 

Saglamolun.az düyü və ondan hazırlanan qidalar barədə məlumatı təqdim edir:


Düyünün ən mühüm əhəmiyyətlərindən biri də orqanizmin fəaliyyətini tənzimləməsidir. Düyü ilə orqanizmin tənzimlənməsi üçün bir neçə üsul mövcuddur. Müalicə məqsədləri yaxşı olar ki, təmizlənmiş (qəhvəyi rəngli) düyüdən istifadə edəsiniz. Orqanizmin təmizlənməsinin birinci üsulu: bağırsaq və qanın təmizlənməsi. Bunun üçün iki stəkan yaxşı yuyulmuş düyüdən götürüb dörd stəkan suya tö21 kün. Duz tökməyin və 20 dəqiqə suyu tam buxarlanana qədər bişirin. Sonra istədiyiyniz qədər hazırladığınız xörəkdən yeyə bilərsiniz. Həmin gün qətiyyən başqa qida qəbul etməyin. İkinci üsul (bu üsuldan sümük-əzələ sistemində ağrılar olduqda istifadə olunur): Bunun üçün bir stəkan suya bir xörək qaşığı düyü tökün.

Ertəsi günü suyu dəyişib, yeni stəkana su və düyü tökün. Beləliklə bir həftə ərzində 7 stəkan su ilə isladılmış düyü əldə edəcəksiniz. Hər gün stəkandakı suyu yenisi ilə əvəz etməklə 7 stəkan isladılmış düyünüz olacaq. Səkkizinci gün 7 stəkan düyünü 5-7 dəqiqə bişirin. Bu cür hazırlanmış bişirməni duz tökmədən, həmin gün heç bir qida qəbul etməmək şərti ilə bir neçə dəfə yeyin. Müalicə kursu 1 aydır. Üçüncü üsul: bağırsaqların təmizlənməsi nəticəsində damar xəstəliklərində yüngülləşmə baş verəcək.

Hər gün yatmazdan əvvəl 5 ədəd düyünü çeynəyərək yeyin. Müalicəni 1 həftə davam etdirin. 1 həftə keçdikdən sonra, kursu yenidən təkrar edin. Düyüdən hazırlanmış həlimin də müalicəvi təsiri vardır. Belə ki, mədə-bağırsaq sistemində aparılan cərrahi əməliyyatdan və eləcə də beyin-kəllə zədələnməsindən sonra beyində baş verən qanaxmalar zamanı istifadə edilir. Bunun üçün 5 xörək qaşığı düyünü yuyub, 5 stəkan suya tökün və bişirib süzün. Alınmış həlimi gündə 4-5 dəfə, stəkanın yarısı qədər qəbul edin. Mədə pozuntuları zamanı: bu proses insanda hər zaman baş verə bilər. Bunu aradan qaldırmaq üçün dərman qəbul etmək lazımdır. Lakin qədim latın xalq üsulu da mövcuddur. Bunun üçün yarım stəkan düyünü yuyun, sonra üzərinə 4 stəkan su tökün, 30 dəqiqə bişirib, süzün. Alınmış həlimdən 4-5 dəfə yarım stəkan həcmində qəbul edin.

Yaponiyada yeni evlənənlərin qarşısına düyüdən hazırlanmış qoğal çıxarırlar ki, bu da oğul-uşaq, xoşbəxtlik, uzun ömür, var-dövlət sahibi olmaq rəmzi kimi qəbul edilir. Asiya xalqları arasında hökm sürən müxtəlif adət-ənənələr, əfsanə və rəvayətlərdən belə bir sual ortaya çıxır: «Görəsən, düyü və başqa bu kimi mədəni halda becərilən bitkilərin tarixi hansı dövrdən başlayıb?» İnsanlar bu suala cavab vermək üçün çox düşünməli olmuşlar.

Düyü suyu nələrə faydalıdır?

Düyü suyu ilk növbədə dəri problemlərinin müalicəsində istifadə edilir. Yapon qadınları da dəri gözəlliyini düyü suyu ilə qoruyur.

Makiyaj disklərini, yaxud pambığı düyü suyuna batırıb dərini onunla silin. Yadda saxlayın ki, dəri təmiz olmalıdır. Düyü suyu dəri rəngini bərpa edir, sızanaq problemini azaldır, ekzemaya yaxşı təsir edir, allergiyanı sakitləşdirir, günəşdən yanmış dərini sağaldır.

Düyü suyu saç üçün faydalıdır. Saçınızı yuduqdan sonra düyü suyu ilə yaxalayın. Bu, su saç diblərini möhkəmləndirir və onlara sağlam görünüş qazandırır.

Düyü suyu eyni zamanda, ürəkbulanma və mədə pozulmasına da yaxşı təsir edir. Mədənizdə ağrılar varsa, 1 stəkan düyü suyunu yavaş-yavaş için. Bir saatdan sonra qarnınızdakı ağrılar tamamilə aradan qalxacaq.