Azad Şabanov “Bir əsər” yaratdı - FOTOLAR
Yusif Nəzərli
13:44 25.05.2025
Şou
613
Gənc müğənni Azad Şabanov sayca ikinci solo konserti ilə çıxış edib.
Sherg.az xəbər verir ki, estrada ulduzu bu dəfə ölkənin bir nömrəli və əsas səhnəsi olan Heydər Əliyev Sarayında sevənlərinin qarşışına çıxıb. “Bir əsər” adlanan gecə muzikl xarakteri daşıyıb. Konsertdə həm şou nömrələr, həm də rəngarəng səhnəciklər təqdim olunub. Tamaşaçılar adi konsertə yox, əsl sənət ab-havasına, teatr, pantomimo, rəqslərlə dolu gecəyə qərq olublar. Konsertdə həm də sosial mesajlar yer alıb. “Dua” adlanan əsərdə Azad qadın və uşaq zorakilığı mövzusuna toxunub. O, səhnədən tamaşaçılara sosial mesajlar ötürüb.
Konsertdə müğənninin tərəf müqabili Əməkdar artist, istedadlı aktrisa Həcər Ağayeva olub.
Gecə boyunca tez-tez geyimlər dəyişən sənətçinin obrazları da böyük maraqla qarşılanılıb.
Rəqqaslarla və xüsusi şou ilə çıxış edən Azad Şabanov konsertdə hitlərini, həm də Azərbaycan klassik və müasir bəstəkarların mahnılarını canlı səsləndirib.
“Bir əsər” musiqili tamaşanın qurulçu rejissoru Əməkdar incəsənət xadimi Ülviyyə Könül, ssenari müəllifi Əməkdar artist Nicat Kazımov, quruluşçu xoreoqraflar Əməkdar artist Bəhruz Vagifoğlu, Əməkdar artist Nailə Məmmədzadə və Emin Hüseynov idi. Layihənin icraçı prodüseri isə Zemfira Bağırova olub.
Azərbaycan səhnəsində bir ilkə imza atan Azad Şabanovun bütün çıxışları gür alqışlarla qarşılanılıb. Konsert anşlaqla keçib.
Elmar İbrahimli
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Sumqayıtda yol çökdü
19:21 13.11.2026
Hadisə
Danimarka Aİ ölkələrinə Ukrayna çağırışı edib
18:51 13.11.2026
Dünya
Azərbaycan hərbi bloklara qoşulmadan nüfuzunu artırır - Politoloq
18:46 13.11.2026
Gündəm
Prezident İlham Əliyevin İrlandiyaya işgüzar səfəri başa çatıb
18:37 13.11.2026
Gündəm
Birdəfəlik sosial müavinətlərin ödəniləcəyi tarix açıqlandı
17:49 13.11.2026
Sosial
Aynur Elgünəş əməliyyat olunub
17:35 13.11.2026
Cəmiyyət
ASAN Xidmətin qarşısında hamilə qadın bıçaqlandı
17:27 13.11.2026
Hadisə
Milli Məclisdə gələn həftə dövlət büdcəsi müzakirə ediləcək
17:15 13.11.2026
Gündəm
Xalq artisti pensiyalarla bağlı narazılığını bildirdi
16:59 13.11.2026
Mədəniyyət
Ermənistan 2029-cu ildə COP34-ə ev sahibliyi etmək istəyir
16:30 13.11.2026
Gündəm
Azərbaycan XİN BƏƏ-yə başsağlığı verib
16:17 13.11.2026
Gündəm