ABŞ-nin Nyu-York ştatında 67 yaşlı kişi nadir rast gəlinən və xüsusi müalicəsi olmayan Bourbon virusuna yoluxub.
Sherg.az xəbər verir ki, Mark Larkin adlı şəxsdə gənə dişləməsindən sonra güclü baş ağrısı və halsızlıq yaranıb. Xəstəliyin əsas əlamətləri arasında yüksək hərarət, yorğunluq, səpkilər, bədən ağrıları və ürəkbulanma da qeyd olunur.
Hazırda Bourbon virusuna qarşı peyvənd və xüsusi terapiya mövcud deyil. Buna baxmayaraq, xəstənin orqanizmi infeksiyanın öhdəsindən gələ bilib.