Bananı belə saxlayın: Mütəxəssislər qaralmanın qarşısını almağın yolunu açıqladı

Mütəxəssislər bananın tez qaralmasının əsas səbəbinin onun yanlış saxlanılması olduğunu bildirirlər. Onların sözlərinə görə, bananı alma, armud, avokado və şaftalı kimi etilen qazı ifraz edən meyvələrin yanında saxlamaq yetişmə prosesini sürətləndirir.

Bananın daha uzun müddət təzə qalması üçün onu digər meyvələrdən ayrı, sərin, quru və günəş şüası düşməyən yerdə saxlamaq tövsiyə edilir. Həmçinin market paketindən dərhal çıxarmaq, istəyə görə sap hissəsini streç plyonka ilə bükmək də yetişmə prosesini ləngidə bilər. Tam yetişdikdən sonra isə bananı soyuducuda saxlamaq mümkündür. Bu zaman qabığı qaralsa da, iç hissəsi təzə qalır.